Dünən Avropa Liqasının ilk turunda keçirilən “Gimarayş” – “Zalsburq” matçında qeyri-adi hadisə qeydə alınıb.
Newsport.az-ın məlumatına görə, portuqaliyalılar start heyətinə heç bir avropalı oyunçunun adnı daxil etməyib.
Prineylilər ümumiyyətlə, ilk 11-likdə nəinki yerli heç avropalı oyunçuya güvənməyib.
Duqlas (Braziliya), Viktor Qarsyia (Venesuela), Jubal (Braziliya), Pedrao (Braziliya), Konan (Fil Dişi Sahili), Celis (Kolumbiya), Vakaso (Qana), Urtado (Peru), Rincon (Kolumbiya), Teyşeyra (Uruqvay), Rafinya (Braziliya)
Yalnız 58-ci dəqiqədə Urtadonu əvəzləyən portuqaliyalı Kiko matç ərzində “Gimaraeş”in heyətində meydanda olan yeganə avropalı oyunçu olub.
Qeyd edək ki, bu qarşılaşmanı həmyerlimiz Əliyar Ağayev idarə edib.