Paşayevin komandası Avropa Liqası ilə vidalaşdı

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin klubu - Ukrayna "Aleksandriya"sı da növbəti oyununa çıxıb. Sözügedən kollektiv doğma meydanda Belarusun BATE klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Millimizin müdafiəçisi bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu komandalar arasında Belarusda baş tutan oyunda qalib müəyyənləşməmişdi. Ümumi hesabdakı məğlubiyyət Ukrayna klubunun Avroliqada mübarizəni dayandırmasına səbəb olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right