Asif Məmmədov: "Çempionatda yaxşı oynamalıyıq ki, darıxmayaq"

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" klubuna cavab görüşündə 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.
 
Newsport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Asif Məmmədov urnalistlərin suallarını cavablandırıb.
 
- İlk oyunda uduzduğumuz üçün bilirdik ki, Bakıda qol buraxsaq, işimiz çox çətin olacaq. İlk hissədə rəqibin fürsətləri oldu. İkinci hissəyə yaxşı başladıq və qol da vurduq. Ani səhvlərdən qollar buraxdı və ruhdan düşdük. Qol vurana kimi pis başlamamışdıq. “Panatinaikos” kimi rəqibə 3 qol vurmaq asan iş deyil.
 
- Düşünmürsən ki,  qol vurduqdan sonra səbirli davranmaq və ehtiyatlı oynamaq lazım idi?
- Oyunda bunu düşünmək olmur. Hiss etdik ki, qol vurmaq şansı var. Ona görə komanda irəli atıldı. Rəqibdə yorğunluq da var idi. Lakin qol buraxdıq və ruhdan da düşdük.
 
- İlk hissədə pressinq etməməyiniz məşqçinin tapşırığı idi yoxsa gücü ikinci hissəyə saxlamışdınız?
- Bu, oyunun gedişidi. Məşqçi tapşırmışdı ki, oyun rəqibə aid hissədə keçsin.
 
- İkinci hissənin əvvəlində “Qəbələ” yaxşı çıxış etdi. Bunu ilk hissədə nümayiş etdirmək olmazdı?
- Olardı, amma alınmadı. Fasilədən sonra isə daha yaxşı başladıq.
 
- Oyunun qırılma nöqtəsini Monrozun möhtəşəm zərbəsini rəqib qapıçının dəf etdiyi epizodu demək olar?
- Məncə də. “Panatinaikos”un qapıçı fantastik seyv etdi. Qol olsaydı, rəqib irəli atılacaqdı. Bu da bizə sərf edirdi. Boşluqlardan yararlana bilərdik.
 
- Ardıcıl iki il qrup mərhələsində çıxış edən “Qəbələ” bu dəfə bunu bacarmadı. Artıq çempionluğa tam köklənə biləcəksiniz?
- Biz ötən mövsüm də pis oynamırdıq. Nəsə demək çətindi. Elə oyunlardakı atmosferdən sonra çempionat oyunları keçirdik. Bilmək olmaz.
 
- Bu mövsüm darıxdırıcı olmayacaq? Çünki ancaq yerli çempionatda çıxış edəcəksiniz. Artıq Avropa Liqası macərası başa çatdı.
- Məncə, cansıxıcı olacaq. Güclü rəqiblərlə oynayırdıq. Maraqlı idi. Çempionatda yaxşı oynamalıyıq ki, darıxmayaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right