Fariz Nəcəfov: "Qəbələ" 10-15 dəqiqə futbol oynadı"

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" klubuna cavab görüşündə 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışı başa vurub.
 
Newsport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyun çox gərgin keçdi. Futbolçular əllərindən gələni etdilər. Komandada yorğunluq və adaptasiya probleminin olduğunu söyləyə bilərəm.
 
- Yunanıstanda keçirilən ilk oyundan sonra bu qədər çətin olacağını düşünürdünüz?
- İlk oyundan sonra çətin olduğunu bilirdik. Ümid edirdik ki, öz oyunumuzu oynaya bilərik. Öz oyununu nümayiş etdirməyəndə rəqib güclü görünür. 10-15 dəqiqə futbol oynaya bildik. İkinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qalan vaxtlarda “Panatinaikos” daha güclü idi. 
 
- Düşünmürsünüz ki, heyətin böyük ölçüdə dəyişməsi mübarizəni yarımçıq dayandırmaqda rol oynadı?
- Ötən dəfə də demişdim ki, bunlar rol oynayır. Amma biz bunu bilərəkdən etmirik. Bu, belə alınır. Biz istəmərik belə olsun. Bunun təsiri oldu.
 
- Bundan sonra “Qəbələ” üçün Premyer Liqada çempion olmaq vacibdir?
- Mübarizə aparacağıq. Amma çempion olub-olmayacağımızı komandanın gücü və zaman götərəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right