"Qəbələ"nin legioneri: "Panatinaikos" daha güclü komanda idi"

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın "Panatinaikos" klubuna cavab görüşündə 1:2 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.
 
Newsport.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın müdafiəçisi Deyvi Bultyuz əməkdaşımızın suallarını cavablandırıb.
 
- Oyun çətin keçdi. 60 dəqiqə ərzində qapımızı toxunulmaz saxladıq və rəqibi 1 dəfə cəzalandırdıq. Amma buna baxmayaraq adi səhvdən qol buraxdıq. 2-3 dəqiqə sonra isə 2-ci qolu da qapımızda gördük. Toparlanmaq çətin oldu. Düşünürəm ki, “Panatinaikos” daha güclü komanda idi.
 
- İlk hissədə hücumlara yaxşı qoşula bilmirdin...
- İlk hissədə oyunumuz elə də yaxşı alınmadı. İkinci hissədə isə nisbətən vəziyyəti dəyişdik. Amma alınmadı.
 
- Afinadakı oyundan sonra bu qədər çətin oyun keçirəcəyinizi düşünürdün?
- İlk oyunda da istənilən kimi çıxış etmədik. Evdəki oyunda hesabı bərabərləşdirdik. Amma ardınca səhvlərimizdən qollar buraxdıq. Bu da rəqibin əviyyəsindən xəbər verirdi. Afinada da çətin olmuşdu, burda da.
 
- Artıq Avropa Liqasında mübarizəni başa vurdunuz. Azərbaycan çempionatında debüt matçını “İnter”ə qarşı keçirə bilərsən...
- Bəli, artıq fikrimizi daxili çempionata cəmləməliyik. Bu, mənim debüt oyunum ola bilər. “İnter” barədə məlumatlı deyiləm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right