"Panatinaikos"un futbolçusu iddialı danışdı: "Mərhələni biz adlayacağıq"

"Cavab matçı ilk görüşdən fərqli olacaq. Bu dəfə daha hazırlıqlı olacağıq".

Newsport.az -ın məlumatına görə, bu sözləri “Panatinaikos”un futbolçusu Niklas Hult Yunanıstan mətbuatına açıqlamasında deyib.

İsveçli yarımmüdafiəçi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu  çərçivəsində sabah “Qəbələ” ilə keçiriləcək görüş haqda fikilərini bildirib.

"İlk qarşılaşmada göstərdik ki, Bakıdakı oyuna da tam hazırıq. Məncə, pley-off mərhələsinə biz adlayacağıq”.

Sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək  oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında Afinada keçirilən ilk oyun "Panatinaikos"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right