“Qəbələ” – “Panatinaikos” oyununun biletləri satışda

Avropa Liqasının təsnifat mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) cavab oyununun biletləri satışa çıxarılıb.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar.
 
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
 
Qeyd edək ki,  8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı avqustun 3-ü saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right