"Oynadığımız futbola görə çox sevinirəm" "Panatinaikos"un kapitan

"Daha çox qol vurmalı idik. Oynadığımız futbola görə çox sevinirəm. Bu qələbə komandamıza inam verdi".

Newsport.az-ın məlumatına görə, bu sözlər Yunanıstanın "Panatinaikos" klubunun kapitanı Zeka deyib. 

Afina təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" üzərində 1:0 hesablı qələbə qazanıb. Oyundan sonra yerli mətbuata açıqlama verən kapitan fikirlərini bildirib. 

O, bəzi qol imkanlarını qaçırdıqlarına görə təəssüf hissləri keçirdiyini bildirib: "Qələbə qazanmaq məni və komandanı xoşbəxt edir. Amma hesabın 1:0 olması ürəkaçan deyil, daha yaxşısını edə bilərdik. Qaçırdığımız epizodları xatırlayanda sevincim yox olur. Buna görə də ümumi mənzərəyə nəzər salsaq, qətiyyən xoşbəxt deyiləm". 

Zeka cavab matçı haqda da danışıb: "Əlbəttə ki, Bakıya qələbə dalınca gedəcəyik. Başa düşürük ki, rəqib cavab matçında irəli atılmağa, qollar vurmağa can atacaq. Azərbaycandakı oyunda hesabı qorumaq üçün oynamayacağıq. Çünki yaxşı komanda olduğumuzu sübut etməliyik".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right