"Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi" - Baqali Dabo

"Panatinaikos" çox yaxşı komandadı. Bizim üçün çox çətin oyun oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin hücumçusu Baqali Dabo deyib. 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Panatinaikos"la qarşılaşan "qırmızı-qaralar" matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

Qarşılaşmadan sonra Yunanıstan mətbuatına açıqlama verən fransalı hücumçu fikirlərini bildirib. O, rəqibin çox yaxşı futbol sərgilədiyini deyib: "Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi. Bu, olmayıbsa qapıçmıza təşəkkür etməliyik. Düşünürəm ki, 1:0 bizim üçün yaxşı nəticədir. İnanıram ki, cavab oyununda vəziyyəti öz xeyrimizə dəyişə biləcəyik. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq". 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right