"İkinci oyun daha çətin olacaq" - "Panatinaikos"un baş məşqçisi

"Biz matçda üstün tərəf idik. "Qəbələ"yə daha çox qol vurmalı idik".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Marinos Ozunudis Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra keçirilən mətbuat konfransında bildirib.

Yunan mütəxəssis komandasının qələbəsini layiqli sayır: "Hazırlığımızın bəhrəsini bu oyunda gördük. İkinci oyun daha çətin olacaq. Çünki rəqib də güclü komandadı".

Xatırladaq ki, "Qəbələ" - "Panatinaikos" matçı avqustun 3-də saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right