"Oynaya biləcəyimiz səviyyədə çıxış etmədik" - Roman Qriqorçuk

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Panatinaikos” səfərdə 1:0 hesabı ilə məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, yunan jurnalistlərin suallarını cavablandıran ukraynalı mütəxəssis yetirmələrini tanıya bilmədiyini etiraf edib.

- 1:0 məğlub olduğuna görə, özünüzü xoşbəxt sayırsınız?

- Məğlub olduqda xoşbəxtlikdən söhbət gedə bilməz. Rəqib layiqli qələbə qazandı. Belə başa düşürəm ki, fərqin daha böyük olmalı olduğuna eyham vurursunuz. Futbolda bu cür hallar olur. Burda mənimlə məzələnmək fikrindəsinizsə, eyni xətti tutmağa mən də hazıram.

- Təhlil etdiyiniz “Panatinaikos”la meydanda gördüyünüz arasında fərq nədən ibarət idi?

- 100 faizlə gözlədyimiz mənzərəni aldıq. Taktiki və strateji gedişlərin hamısı gözlənilən idi. Bəli, rəqib komandanın çalışdırıcısı müəyyən detallarda dəyişiklik etmişdi. Ancaq deyim ki, nəyəsə təəccübləndik? Xeyr, belə bir şey olmadı.

- Yaman əsəbi davranırdınız...

- Bunun səbəbi sadədi. Komanda istədiyimiz və oynaya biləcəyimiz səviyyədə çıxış etmədi. Bu da məni özümdən çıxarırdı. Bacardığımız üslubda oyunu bir kənara qoyub, fərqli bir metod tətbiq etdik. Bu, mənim üçün çox təəccüblü oldu.

- Belə oyundan sonra cavab qarşılaşmasında nəyə ümid edirsiniz?

- Bəli, etiraf edirəm ki, rəqibin nəzərəçarpacaq üstünlüyü var idi. Ancaq buna baxmayaraq, düşünürəm ki, biz indikindən daha düzgün futbol oynayıb, vəziyyəti düzəldə bilərik.

- Bu gün “Qəbələ” oyunu əks-hücumlardan qurmuşdu. Bakıda da eyni dəst-xəttə sadiq qalacaqsınız?

- Bu gün də əks-hücumdan oynamaq niyyətində deyildik. Bu, öz günahımızdı. Bir daha etiraf edirəm ki, rəqib yaxşı, savadlı, təşkilatlanmış oynayırdı. Lakin, bu, bizə istədiyimiz futbolu nümayiş etdirməyə əngəl ola bilməzdi. Komandamı məhz sərgilədiyi oyun üslubuna görə tanıya bilmirdim.

- Faiz etibarı ilə komandanızın mərhələ adlamaq şansları barədə nə düşünürsünüz?

- Faizlə cavab verə bilmərəm. Amma hesab edirəm ki, şansımız var, özü də az deyil. Biz evdə başqa cür oynaya bilərik və bunu edəcəyik də! Baxmayaraq ki, oyun bu cür alındı, deyə bilmərəm ki, mərhələ adlamaq məqsədimizi Bakıda həll edə bilmərik.

- Cavab oyununda start heyətiniz dəyişməz qalacaq?

- Biz oyun gününə ən yaxşı hazır olan futbolçulara güvənirik. Qarşıda 6 gün var və münəccimlik edə bilmərəm. Abcaq Azərbaycanda başqa cür oynayacağıq. Bugünkü futbolumuz istisna təşkil edirdi. Buna əminəm ki, fərqli üslubda oynayacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right