Kamran Ağayevin komandası Avroliqada qələbə qazandı

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Kamran Ağayevin yeni transfer olunduğu "Mlada" klubu növbəti sınağına çıxıb. 

Çexiya təmsilçisi doğma azarkeşləri önündə "Skenderbeu"nu qəbul edib. Qarşılaşma Boleslav təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu meydan sahibləri vurub. 42-ci dəqiqədə Yan Çramosta "Skenderbeu"nu məyus edib. Albaniya təmsilçisi 86-cı dəqiqədə Liridon Latifi sayəsində hesabı bərabərləşdirsə də, hesabı qoruya bilməyib. Qoldan cəmi 1 dəqiqə sonra Adam Conas "Mlada"ya qələbə gətirən qolu vurub. 

Millimizin qolkiperi bou görüşdə iştirak etməyib. Ümumiyyətlə, 32 yaşlı "çərçivə qoruyucusu"nun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 3-də Albaniyada keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right