"Rəqibə çətin anlar yaşadacağıq" "Qəbələ"nin legioneri

"Panatinaikos"un böyük və tarixi klub olduğunu bilirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Xavier Ernandez deyib. 

Əyalət təmsilçimiz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Yunanıstanın "Panatinaikos" klubunun qonağı olacaq. Oyundan öncə Yunanıstan mətbuatına açıqlama verən İspaniyalı futbolçu fikirlərini bildirib. 

O, matça ciddi hazırlaşıdıqlarını deyib: "Bütün matçlara olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışıq. Mən hesab edirəm ki, 1 qol vursaq, oyunu öz əlimizə ala bilərik. Bundan başqa, "Yagelloniya" ilə səfər oyununda ortaya qoyduğumuz işi bu matçda da göstərsək, rəqibə çətin anlar yaşadacağıq".

Yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu söyləyib: "Komandada son durum yaxşıdı. Mərhələ adlamışıq və motivasiyamız yerindədir. Bununla yanaşı, futbolçularımız peşəkardırlar və məsuliyyəti dərk edirlər. Ümid edirik ki, yaxşı nəticə qazanmağa nail olacağıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right