"Qisas haqqında düşünmürəm" - "Panatinaikos"un baş məşqçisi

Bu görüşə 100 faiz hazır deyilik. Çünki bəzi problemlərimiz var. Bəzi oyunçular bizimlə çox məşq edə bilmədi. Buna baxmayaraq ciddi şəkildə hazırlaşmışıq. Bilirik ki, bizim üçün çətin olacaq. Ən böyük üstünlüyümüz doğma azarkeşlər önündə oynamağımızdır. Rəqibimizin güclü baş məşqçisi var və yaxşı komanda qurub. Onların hücum xəttində 7-8 təhlükəli oyunçuları var. Hansı ki, onları yeni transfer ediblər. Vacib olan evdə yaxşı nəticə qazanmaqdır.

Newsport.az-ın məlumatına görə, bu sözlər Yunanıstnın "Panatinaikos" klubunun baş məşqçisi Marinos Ozunidisə məxsusdur.

Yunanıstan mətbuatına müsahibə verən mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan danışıb. O, əsas məqsədlərinin qələbə qazanmaq olduğunu deyib: "Əvvəlcə məqsəd qələbə qazanmaqdır. İkinci hədəf isə "Qəbələ"nin qol vurmasına şərait yaratmamaqdır. Sabahkı oyun cütün taleyini həll etməyəcək. Amma "Panatinaikos" üçün daha vacib qarşılaşmadır. Mən komandamı motivasiya etmişəm. Tək-tək oyunçularımın adını çəkmək istəmirəm. Biz komanda şəklində gücümüzü göstərməliyik.

Çalışdırıcı "Qəbələ"ni kifayət qədər təhlil etdiklərini dilə gətirib: "Qəbələ"nin oyunlarına baxmışam. 2015-ci ildə "Panatinaikos"u məğlub etdikləri matçı da izləmişəm. İndi fərqli futbol göstərirlər. Digər fərqli cəhət isə onların indi daha təcrübəli komanda olmasıdır. Əgər Azərbaycan klubunun Polşa "Yaqelloniya"sına qarşı oyunlarını izləsəniz, diqqətlə baxsanız, hər şeyi görəcəksiz. İki oyunda müxtəlif futbol göstərməklə, təcrübədən istifadə edərək mərhələ adladılar. Məsələn, Roman Qriqorçukun təcrübəsi onların "Lill" kimi komandanı keçməsi ilə nəticələnmişdi. O cür çətin oyunlardan qalib ayrıla bildilər. İki il öncəki oyunu qisası haqqında düşünmürəm. "Qəbələ"nin heç vaxt Avropa Liqasında asan rəqibi olmayıb. Lakin onlar bu görüşlərdən qalib ayrılıblar.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah