"Favorit "Panatinaikos"dur" - Fariz Nəcəfov

“Əvvəllər də demişəm ki, “Panatinaikos” təkcə Yunansıtanda deyil, Avropada da tarixi ənənələri olan böyük klubdur”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezindeti Fariz Nəcəfov deyib.

“Panatinaikos”un indi daha güclü olduğunu bildirən klub rəsmisi rəqibi cütün favoriti hesab etdiyini bildirib: “Panatinaikos” əvvəlki komanda deyil. İki il ərzində hər iki komandanın heyətində xeyli dəyişikliklər olub. Ancaq heyətimizdə həmin oyunlarda iştirak edən bəzi futbolçular qalıb.
Biz iki ildir Avropa Liqasının qrup mərhələsində iştirak etsək də, düşünürəm ki, cütün favoriti “Panatinaikos”dur. “Qəbələ” yaxşı yerlərə yüksəlmək istəyən gənc klubdur. Hər avroliqa oyunu bizim üçün böyük təcrübədir.

“Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində “Panatinaikos”u mübarizədən kənarlaşdıraraq qrup mərhələsində vəsiqə qazanmışdı. F.Nəcəfov həmin nəticəni təkrarlamaq istədiklərini qeyd edib: “Həmişə bütün komandaların mərhələ keçmək şansı olur. Çalışacağıq ki, iki il əvvəlki nəticəmizi təkrarlayaq. Ancaq bilirik ki, indi bunu bacarmaq daha çətindir. Ən azından futbolçularımızın layiqli çıxış edəcəyinə əminəm”.

“gazzetta.gr”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right