"Fənərbaxça"nın Avroliqa oyunu azərbaycanlıya tapşırıldı

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) - “Şturm” (Avstriya) oyununun hakim-inspektoru azərbaycanlı olacaq.

Newsport.az-ın məlumatına görə, UEFA sözügedən qarşılaşmaya hakim-inspektor kimi Asim Xudiyevi təyin edib.

Qeyd edək ki, “Fənərbaxça” - “Şturm” matçı avqustun 3-də İstanbulda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right