Qriqorçuk Afinada mətbuat önünə çıxacaq

İyulun 27-də UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. 

Newsport.az-ın məlumatına görə, Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatinaikos” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək. 

Qarşılaşmadan bir gün əvvəl - iyulun 26-da Bakı vaxtı ilə 19:00-da ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Xatırladaq ki, “Panatinaikos” və “Qəbələ” arasında ilk oyun  iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right