"Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var" - Filip Ozobiç

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Panatinaikos"la ilk matç öncəsi Yunanıstan mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı xorvatiyalı yarımmüdafiəçi oyunun çətin olacağını bildirib: “Panatinaikos” Avropada çox gözəl tarixə və ənənəyə malikdir. Belə böyük komanda ilə mübarizə aparacağımız üçün şadıq. “Panatinaikos” böyük hədəfləri olan klubdur. Rəqibin güclü azarkeş ordusu var. Onlar komandalarına tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindir. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.

Ozobiç növbəti mərhələyə yüksəlmələri üçün yaxşı şanslarının olduğunu bildirib.: “Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik. Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var”.

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right