Osman Kulibali: "Panatinaikos" çətin dövrlərində "Qəbələ"yə uduzub"

“Qəbələ” ilə oyunların ciddiliyini dərk edirik. Ancaq komandamızın səviyyəsi növbəti mərhələyə adlamağa imkan verir. Mən çox nikbinəm və uğur qazanacağımıza inanıram".

Newsport.az -ın məlumatına görə, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Yunanıstanın "Panatinaikos" klubunun futbolçusu Osman Kulibali deyib.

Yunanıstan mətbuatına nüsahibə verən futbolçu komandanın son durumundan danışıb. O, heyətdə edilən bəzi dəyişikliklərdən sonra komandadakı vəziyyətin yaxşı olduğunu dilə gətirib: "Əlbəttə, bəzi futbolçuların gedişi komandamıza təsir edəcək. Ancaq yüksək səviyyəli oyunçuların çoxu hələ də bizimlədi. Yeni futbolçular da komandaya kömək edəcək səviyyədədir. Bir sözlə, komandamızda ümumi vəziyyət yaxşıdır".

Mali millisinin üzvü "Qəbələ"yə qarşı keçirəcəkləri oyundan da söz açıb: "Bəli, 2 il öncə "Qəbələ"yə qarşı keçirdiyimiz oyunlardan xəbərdaram. Məncə, "Panatinaikos" çətin dövrlərində "Qəbələ"yə uduzub. Böyük klublarda çətin dönəmlərin olması normal haldır. "Qəbələ"yə qarşı iki il əvvəlki nəticənin budəfəki matçlara təsir edəcəyini düşünmürəm. Rəqibdən qorxmuruq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, bu dəfə sevinən "Panatinaikos" olacaq". 

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" matçı iyulun 27-də keçiriləcək. 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah