"Qəbələ" artıq Afinadadı

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirəcəyi Yunanıstana bu gün yollanıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" qarşılaşacağı "Panatinaikos"un təmsil etdiyi Afdinaya artıq çatıb. 

Roman Qriqorçukun komandası yunanlarıa matçın hazırlığına iyulun 21-də Varşavada başlayıb. Həmin gün Belostokdan paytaxta yollanan komanda hazırlıq prosesində toplu və topsuz çalışmaları yerinə yetirib.  "Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını son 4 gündə Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı "Apostolos Nikolaidis” stadionunda keçiriləcək "Panatinaikos” – "Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right