"Qəbələ"nin yeni transferi: "Öz oyunumuzu göstərə bilsək, "Panatinaikos"u da keçə bilərik"

"Qəbələ"nin yay fasiləsində transfer etdiyi legionerlərdən yalnız Dion Malone yeni mövsümdə ilk oyunda ehtiyatda qaldı. Universallığı ilə seçilən 28 yaşlı surinamlı futbolçu həm müdafiə, həm də yarımmüdafiədə çıxış edə bilir. Avropa Liqasının II təsnifat mərhələsində Polşanın "Yagelloniya"  klubu na səfərdə 2:0 hesabı ilə qalib gələərk mərhələ adladığımız matçda 90 dəqiqə meydanda olan Malone inamlı çıxışı ilə yadda qaldı.

Newsport.az-ın məlumatına görəDion həm klubumuzda uğurlu debütünün olduğu həm bu matç, həm də növbəti mərhələ şansları haqda danışıb. 

- Polşadakı oyunda komanda sanki meydanda daha rahat görünürdü....

- Düzdür. Biz meydanda özümüzə nə lazımdır onu edirdik. Erkən vurduğumuz qolla növbəti mərhələyə adladıq. Düşünürəm ki, yaxşı futbol oynamadıq. Amma rəqibə də çoxlu qol epizodu yaratmağa imkan vermədik.

- Bakıdakı oyundan fərqli nə etdiz ki, qələbə qazandınız?

- İlk oyundan fərqli daha sadə futbol göstərdik. Həmçinin önəmli olan o idi ki, ilk qolu vurduq və nisbətən nəzarəti ələ aldıq.

- 90 dəqiqə meydanda oldun. İstədiyin oyunu göstərə bildin?

- Bir az ağır oldu. Çünki 100 faiz hazır deyildim. Tam uyğunlaşmaq üçün əlimdən gələni edirəm. Amma yenə də baş məşqçi məni yarımmüdafiədə balansı saxlamaq üçün meydana buraxdı. Bəzən hücumlara qoşulurdum, daha çox isə müdafiə olunarkən köməyim lazım idi. Bu mənə verilən əsas tapşırıq idi. Fikrimcə, vəzifəmin öhdəsindən gəldim və bacardığımı ortaya qoydum.

- Əvvəllər müdafiənin sağında çıxış etmisən...

- Düzdür, hətta mərkəz müdafiəçisi kimi də oynamışam. Amma dünən oynadığım mövqe də mənə yad deyil.

- Hamı "Qəbələ"nin bu heyətlə qrup mərhələsinə adlamalı olduğunu bildirir. Sən necə düşünürsən?

- Növbəti oyunumuz çox güclü "Panatinaikos"a qarşıdı. Bizi onlarla ağır oyun gözləyir. Komandada olan futbolçuların bir çoxu yenidi və "Qəbələ"nin sistemini öyrənmək üçün zamana ehtiyacımız var. Öz oyunumuzu göstərə bilsək, yunanları da keçə bilərik.

- "Panatinaikos" artıq bir dəfə "Qəbələ"yə uduzub...

- Bu barədə məlumatım var. Yəqin yenə eyni şey baş verər. Afina klubu "Yunanıstan"nın top komandalarındandı. Ona görə asan olmayacaq. Onların "AZ Alkmaar"a qarşı oyununu izlədim. Çətin rəqibdi.

- Azərbaycanın digər komandalarının oyunlarını izləmisən?

- Yalnız "Qarabağ"ın oyununa baxmışam. Çox yaxşı komandadı. Digər komandalarda çıxış edən bəzi futbolçuları tanıyıram. Amma oyunlarını görməmişəm.

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right