“Panatinaikos”un 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın “Panatinaikos” klubu ciddi itkilərlə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın müdafiəçisi Giorgos Kutroubis təmsilçimizlə oyunu buraxacaq. Buna səbəb 26 yaşlı futbolçunun appendisitdən əməliyyat olmasıdır. Onun cavab oyununa hazır olacağı də gözlənilmir.

Bundan başqa, zədələnən argentinalı yarımmüdafiəçi Lukas Villafanez də “Qəbələ” ilə ilk oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun iyulun 27-də Afinada olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right