“Qəbələ” komanda şəkilində çox yaxşı mübarizə apardı” Millimizin baş məşqçisi

Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Yagelloniya” – “Qəbələ” görüşünü stadiondan izləyib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra mütəxəssis həm qarşılaşma, həm də milli üzvlərinin çıxışı ilə bağlı danışıb:

“Oyun “Qəbələ” üçün çətin keçdi. Səfər oyununda “Qəbələ” güclü azarkeş təzyiqi ilə üzləşmişdi. Azarkeşlər “Yagelloniya”nı çox yaxşı dəstəklədilər. Meydan, azarkeş amili “Yagelloniya”nın üstünlükləri idi. Amma ilk oyundakı nəticə onu göstərirdi ki, heç nə həll olunmayıb, şanslar bərabərdi. “Yagelloniya” oyuna çox aqressiv başladı. Eyni zamanda komanda hücum etməyi çox istəyirdi. “Qəbələ” vaxt keçdikcə özünə gəlməyə başladı. “Qəbələ” çox sıx və kompakt oynadı. “Qəbələ” hiss elətdirirdi ki,  çox istəklidi və uduzmağa gəlməyib. İlk qoldan sonra yaxşı müdafiə olunduq, “Qəbələ”nin qapıçısı da çox yaxşı çıxış etdi, daha sonra ikinci qolu vurduq. “Qəbələ” həmin görüşdə komanda şəkilində çox yaxşı mübarizə apardı, kimisə fərqləndirmək olmaz. Azərbaycanlı futbolçulardan start heyətində iki nəfər meydançaya çıxmışdı. Cavid və İlqar pis təsir bağışlamadılar. Cavid əzmkar oynadı, çalışırdı. İlqar da öz cinahında pis deyildi. Sonradan meydançaya çıxan Asif və Elvin üçün vaxt çox olmadı. Amma həmin oyunçular da çalışdılar ki komandanın oyununu korlamasınlar. Yerli oyunçularla bağlı millinin baş məşqçisi Robert Prosineçkiyə məlumat verdim.  Görüş zamanı isə daha ətraflı danışacağam”. 

Qeyd edək ki, “Qəbələ” cavab görüşündə “Yagelloniya”nı 2:0 məğlub edərək, Avropa Liqasının III mərhələsinə adladı. 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right