“Panatinaikos” iştirak ərizəsini UEFA-ya göndərdi "Qəbələ" ilə oyunlar üçün

Yunanıstanın "Panatinaikos” klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Marinos Ouzounidis siyahıya 26 futbolçunun adını daxil edib.

Qapıçı: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 25. Rasmus Telander, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 11. Brayan Kabezas, 17. Robin Lod, 18. Lusiano, 19. Lukas Villifanez, 21. Dimitris Kurbelis, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 47. Dimitrios Emmanulidis

Hücumçular: 8. Gilyermo Molins, 20. Lautaro Rinaldo, 49. Sotiris-Pantelis Pispas

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun iyulun 27-də Yunanıstanda, cavab matçı isə avqustun 3-də Azərbaycanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right