"Panatinaikos"un futbolçusu: "Qəbələ" haqda heç nə bilmirəm"

“AZ Alkmaar” kimi güclü rəqibə qarşı yaxşı oyun oldu.  Bizim üçün Avroliqada yeni mövsüm başlayır. Rəsmi görüşlər fərqlidir. Gələn həftə keçiriləcək Avroliqa oyununa qədər yüz faiz hazır olmalıyıq".

Newsport.az-ın məlumatına görəbu sözləri "Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"un futbolçusu Omri Altman "AL Alkmaar"a (Hollandiya) 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

O, “Qəbələ” haqda heç nə bilmədiyini vurğulayıb: "Əgər üçüncü təsnifat mərhələsindədirsə, deməli, yaxşı komandadır”.

Qeyd edək ki, “Qəbələ”nin “Panatinaikos”la ilk matçı iyulun 27-də Afinada, cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right