"Qəbələ" göstərdi ki..." - "Yagelloniya"nın hücumçusu

"Bizi çətin matç gözlədiyini bilirdik. Təəssüf ki, meydanı başıaşağı tərk etdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Yagelloniya"nın futbolçusu Şilian Şerdan deyib. 

Belostok təmsilçisi Avropa Liqasının qrup mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Qəbələ"yə məğlub olaraq (0-2), mübarizəni dayandırıb.

Matçdan sonra yerli mətbuata açıqlama verən hücumçu fikirlərini bildirib. O, məğlubiyyətə görə özlərini günahkar sayıb: "İlk oyunda qələbə qazanmaq şanımız var idi. Ancaq biz həmin oyunda əlimizə düşən imkanlardan yararlana bilmədik. Əgər Bakıdakı oyunda qələbə qazansaydıq, cavab oyununda fərqli nəticəyə imza ata bilərdik". 

Şerdan ilk oyundakı ssenarinin cavab oyununda da davam etdiyini dilə gətirib: "Bəli, hər kəs bizim daha şanslı olduğumuzu deyirdi. Çünki ilk oyundan sonra üstünlük bizim tərəfimizdə idi. Amma "Qəbələ" göstərdi ki, futbolda geridönüşlər də mümkündü. Bu oyunda da şanslarmız oldu, fərqlənə bilmədik. Düşünürəm ki, ilk oyunun ssenarisi cavab oyununda da davam etdi. Lakin bu dəfə heç-heçə yox, "Qəbələ" qələbəyə sevinən tərəf oldu". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right