"Düşündüyümüzü meydanda edə bildik" - "Qəbələ"nin futbolçusu Polşa zəfərindən danışdı

"Qələbə qazandımız üçün özümüzü xoşbəxt hiss edirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Endi Halliday deyib. 

"Qırmızı-qaralar" Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşada "Yagelloniya" üzərində 2:0 hesablı qələbə qazanıb və iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

Matçdan sonra Belostok təmsilçisinin rəsmi saytına açıqlama verən şotlandiyalı futbolçu matç haqda fikirlərini bildirib. O, layiqli qələbə qazanaraq növbəti mərhələyə adladıqlarını deyib: "İlk oyunumuz çox mürəkkəb idi, Bakıda baş tutan oyunda çox qol qeydə alına bilərdi. Səfərdəki oyunda isə biz daha yaxşı oynamalı idik və düşünürəm ki, bunu etməyi bacardıq. Deyə bilərəm ki, qarşımıza qoyduğumuz hədəf də bizə qələbə qazanmaqda kömək etdi". 

Yarımmüdafiəçi oyunboyu "Yagelloniya"nı təzyiq altında saxladıqlarını bildirib: "Qələbə qazanmaq üçün "Yagelloniya"nı daim təzyiq altında saxlamalı idik. Düşündüyümüzü meydanda edə bildik. İlk qoldan sonra da sakitləşmədik və oyunun sonlarına yaxın ikinci qolu da rəqibin qapısından keçirdik". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right