"Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir" Zaur Svanadze

"İnter" Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində səfərdə Lüksenburqun "Fola" klubuna 1 - 4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib.

"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Növbəti mərhələyə keçmək şansımız var idi, lakin alınmadı. Paradoksal haldır ki, burada Bakıda oynadığımızdan daha yaxşı oynadıq. Yaxşı anlardan istifadə etməyi bacarmadıq. Sadəcə, cəfəng qollar buraxdıq. Bu futboldur, demək olar ki, həmişə bəxt gətirmir. Amma bəxtə layiq olmaq da lazımdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right