Riçard Qadze: "Uğur bizdən uzaq idi"

"Sona qədər mübarizə apardıq. Qalib gəlmək şansımız olsa da, qələbə qazana bilmədik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Riçard Qadze deyib. 

Qəsəbə təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Astra" ilə heç-heçə edib və iki oyunun nəticəsinə görə übarizəni dayandırıb.

Oyundan sonra jurnalistlərin suallarını cavabllandıran Qadze fikirlərini bildirib: "Əsas istəyimiz qəəbə qazanmaq idi. Təəssüf ki, məğlub olduq. Artıq bundan sonra çempionat oyunlarına köklənməliyik".

- Oyunda ən xarakterli oyunçu kimi sən görünürdün. Düşünmürsən ki, digər futbolçular da səni kimi olsaydı, qalib gəlmək olardı?

- Biz bir komandayıq. Komanda daxilində fərqli keyfiyyətlərə sahib futbolçular var. Amma mən kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm. Qalib gələndə də, uduzanda da birgə olmalıyıq. Biz bir komandayıq!

- Komandanızda qələbə qazanma, mərhələ adlamaq üçün nə çatmadı?

- Fikrimcə, uğur bizdən uzaq idi. Biz yaxşı mübarizə apardıq.

- Oyunun ilk dəqiqələrində vura bilmədiyin qol şansını yəqin ki, bir müddət unutmayacaqsan...

- Top işlək olmayan sol ayağıma düşmüşdü. Mən də məcbur qalıb həmin vəziyyətdə zərbə endirdim.

- Həmin epizodda sol ayağını günahlandırmadın?

- Axı mən necə edə bilərəm. Bu, futboldur (gülür).

- “Astra”nın vaxtı uzatması sizə necə təsir edirdi?

- Futboldur, təzyiq altında olan rəqibin başqa yolu yox idi. Belə şeylərə hörmətlə yanaşıram. 

- Hakimlərin qərarları qərəzli deyildi?

- Hakimlərin bəzi səhvləri oldu. Amma çox epizodlarımız oldu ki, faydalana bilmədik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right