"Gələcəkdə işimiz rahat olacaq" - Rəşad Sadiqov

"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Zirə"nin hücumçusu Riçard Qadze qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:

- “Astra” yaxşı komanda idi. Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, başqa cür oynaya bilərdik. Hava da bir tərəfdən çox isti idi, bürkülü hava adamı boğurdu.

- İlk hissədə fərqlənmək mümkün olsaydı fərqli oyun olacaqdı?

- Riçard Qadze ilk dəqiqələrdə qazandığı şansı dəyərləndirsəydi, fərqli futbol olacaqdı.

- Rəhbərlik və baş məşqçi bu nətciyə görə nə dedi?

- Sözün düzü, rəhbərlik bizi təbrik etdi. Turniri başıuca tərk etdiyimiz üçün bizə təşəkkür etdilər.

- Fasilədən sonra ilk hissədəki kimi oynamadınız...

- Hava çox isti idi. Qıraqda dayananda belə adam tərləyirdi, qaçanda nəfəs almaq olmurdu. Heç rəqib də nəsə edə bilmirdi. Belə olan halda oyunun tempi də düşürdü.

- “Astra” Avropa Liqasının qrupunda oynamış klubdu. Amma vaxtı bu şəkildə uzatmaq onlara yaraşır?

- Bu da “Zirə”nin oyunu ilə əlaqədar idi. Biz daha yaxşı oynadıq. Onlar da belə etdi.

- “Zirə” bugünkü oyunu ilə sübut etdi ki, rəqibindən zəif deyildi. Komandada nə çatmadı?

- Uşaq səhvlərdən qollar buraxdıq. Qeyri-adi nəsə edib bizə 3 qol vurmadılar. Sandartd vəziyyətlətdən qollar buraxdıq.

- Avropa Liqası “Zirə”yə nə qazandırdı?

- Təcrübə və ölkəmizə reytinq xalları qazandırdıq. Gələcəkdə işimiz rahat olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right