"Fola"nın baş məşqçisi: "Bakıda məğlub olsaq da, öz meydanımızda uğur qazana bilərik"

"Belə turnirlərdə cavab oyunu həlledici xarakter daşıyır. Bakıda məğlub olsaq da, öz meydanımızda uğur qazana bilərik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Fola" klubunun baş məşqçisi Ceff Strasser deyib. Lüksemburq klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab ohyunları çərçivəsində öz meydanında Bakı "İnter"ini qəbul edəcək. Oyundan öncə yerli mətbuata açıqlama verən mütəxəssis fikirlərini bildirib.

Mütəxəssi mərhələ keçmə şanslarının olduğunu dilə gətirib: "Dediyim kimi, adətən, belə oyunların nəticəsini cavab matçları həll edir. Hücumda diqqətli, müdafiədə isə ehtiyyatlı oynamalıyıq. "İnter"in ilk oyunda nəyə qadir olduğunu gördük. Xüsusən də əks-hücumda bizə problem yaratdılar. Düşünürəm ki, vuracağımız bir qol hər şeyi dəyişə bilər. Mərhələ keçsək, yeni səfər, yeni təcrübə imkanı qazanacağıq".

Qeyd edək ki, “Fola” – “İnter” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right