"Bu səbəbdən "Qəbələ" ilə oyunda çətin keçəcək" "Yagelloniya"nın baş məşqçisi

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot çıqlama verib.

Newsport.az saytının məlumatına görə, “Yagelloniya” Polşa Ekstraklasasının 1-ci turunda səfərdə “Termalika” 1:0 hesabı ilə yenib. Oyundan sonra açıqlama verən Mamrot komandanın yorğunluğundan şikayətlənib:

“Çətin oyun oldu. Futbolçularda yorğunluq hiss olunurdu. “Qəbələ” ilə çətin səfər matçından iki gün sonra yenidən meydanda olduq. Üstəlik zədəlilərimiz də var. Üç gündən bir oyun keçiririk. Bu da öz təsirini göstərir. Bu səbəbdən “Qəbələ” ilə oyunda çətin keçəcək”.

Qeyd edək ki, “Yagelloniya” Bakıda “Qəbələ” ilə 1:1 hesablı he-heçə edib. Bu cütün cavab qarşılaşması iyulun 20-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right