"Qəbələ" artıq Polşada

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Polşaya gedib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" ötən gecə saat 2-də Bakı-Kiyev-Varşava hava reysilə səfərə çıxıb. Təmsilçimiz Polşa paytaxtından Avroliqadakı rəqibi olan "Yagelloniya"nın təmsil etdiyi Belostok şəhərinə avtobusla yollanacaq.

Xatırladaq ki, bu komandaların ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb.

“Qəbələ”nin matça 4 gün qalmış Polşaya getməsi səbəbsiz deyil. Klubun vitse-prezidenti Fariz Nəcəfov bugünlərdə jurnalistlərə bildirib ki, “Qəbələ”nin büdcəsi hazırda elə də çox olmadığından Polşaya çarter reysi ilə gedə bilmirlər. Buna görə də matça lazımi səviyyədə köklənmək üçün adi reyslə 4 gün əvvəldən yola düşəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right