"Qəbələ"yə qarşı oynamaq asan deyil" - Taras Romançuk

"Çətin oyun olacağını bilirdik. Çünki yaxşı rəqiblə oynayırdıq. Ancaq buna baxmayaraq öz bacarığımızı göstərdik. Bu oyunçulara qarşı oynamaq asan deyil. İşimizin öhdəsindən gəldik".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Yagelloniya"nın futbolçusu Taras Romançuk Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:1) sonra klubun saytına deyib.

O, Bakıdakı hava şəraitindən şikayətlənib: "Bu cür isti hava şəraitində oyanamaq asan deyildi. Ancaq rəqib bu havaya öyrəşmişdi. Polşaya sakit qayıdırıq. Cavab görüşündə də rəqibə hörmət etməliyik".

Ukraynalı futbolçu bildirib ki, "Qəbələ" ikinci hissədə öz oyununu sərgiləmək istəyində olub:  "Ancaq biz buna imkan verməməyə çalışdıq. Biz oyuna daha çox konsentrasiya olmalıyıq və fürsətlərdən istifadə etməliyik. Çünki Avropa Liqasında oynayırıq.  Növbəti oyunlarda iki qol fürsəti yaradıb fərqlənə də bilərik".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 20-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right