"İkinci hissədə fərqli “Qəbələ” gördük" “Yagelloniya”nın hücumçusu

Polşanın “Yagelloniya” klubunun hücumçusu Killian Şeridan Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az saytının məlumatına görə, o, 1:1 hesablı heç-heçə ilə bağlı öncə bunları söyləyib:

- Rəqibimizə hörmətlə yanaşırıq və yaxşı komanda olduğunu bildirməliyik. Xüsusilə də ikinci hissədə hesabı bərabərləşdirdilər, əlavə qol vurmaq üçün imkanlar yaratdılar. Biz isə həmin vaxt əks-hücumlarda təhlükəli olurduq. Həm biz, həm də “Qəbələ” yaradılan imkanlardan istifadə edə bilmədi. Amma maraqlı oyun izlədiniz.
 
- Stadiondakı atmosfer sizdə hansı təəssürat yaratdı?
- Xoş sözlər deyə bilərəm. Gözəl atmosfer yaranmışdı. Ancaq həm özüm, həm də komanda yoldaşlarım üçün hansısa təzyiq olduğunu deyə bilmərəm.
 
- “Yaqelloniya” hansı komponentlərdə “Qəbələ”ni üstələyirdi?
- Xüsusilə də əks-hücumlarda yaxşı oynayırdıq. Vacib olan nəticə idi. Növbəti həftədə keçiriləcək oyun üçün balans yaratmışıq.

- Cavab oyununda hansı komandanı şanslı sayırsınız?
- Baş məşqçimiz şansların 50-nin 50-yə olduğunu dedi. İndiki məqamda hansısa komandanı üstün saymaq olmaz. Ancaq ikinci hissədə fərqli “Qəbələ” gördük. Çox təhlükəli, ardıcıl hücumlar qururdu. Təbii ki, gələn həftə keçiriləcək oyun zamanı bunları nəzərə almalıyıq. Asan duel olmayacaq.
 
- Yorulmusunuz?
- Əlbəttə. Belə oyundan sonra yorulmamaq mümkün deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right