"Nəticə bərbarlikdir və bunu qəbul etməliyik" - "Qəbələ"nin yeni yeni legioneri MÜSAHİBƏ

"Qəbələ" komandasının şotlandiyalı futbolçus Endi Halidey Avropa Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi "Yagelloniya" ilə heç-heçədən sonra Newsport.az-ın suallarını cavablandırıb.

- "Qəbələ"yə gəlməzdən öncə düşündüklərinizlə indi gördükləriniz üst-üstə düşür?

- Cəmi 10 gündü bir yerdəyik və 3 oyun oynamışıq. Optimal forma üçün bu yetərli deyil. Ona görə də oyunun çətin keçəcəyini bilirdik. Meydanda gücümüzü qoyduq. Baxmayaraq ki, ilk 15-20 dəqiqədə istədiyimizi edə bilmədik. Sonra yaxşı oynamağa başladıq və ikinci hissə daha yaxşı keçdi. İstədiyimiz futbolu sərgiləyə bildik. Hesab edirəm ki, qələbəyə layiq idik. Lakin nəticə bərbarlikdir və bunu qəbul etməliyik. Artıq bütün diqqətimiz cavab matçına yönəlib. 
 

- Rəqibin bizi daha çox fiziki baxımdan üstələdiyini söyləmək olar?
- Razıyam. Ötən il "Reyncers" komandasında çıxış edən də  eyni duruma düşmüşdüm. Həmin vaxtı da formaya düşmək üçün bir neçə oyun lazım oldu. Hər halda bu müvvəqqti durumdur. Vaxt keçdikcə daha yaxşı oynayacağıq.

 

- Cavab matçı barədə nə düşünürsüz? rəqib meydanı olacaq və ilk görüşdəki nəticə də bizə üstünlük vermir...
- Təbii ki, çətin olacaq. Ancaq bu gün ikinci hissədə nümayiş etdirdiyimiz futbolu orada da təkrarlaya bilsək, turu keçəcəyik. 

 

- İkinci hissədə "Qəbələ"nin üstün tərəfi nə idi?
- Topla daha yaxşı oynadıq. Müdafiədə bir qədər də etibarlı davransaq müsbət nəticə əldə edəcəyimizə inanıram.

 

- İlk dəfədir Azərbaycandasınız. Ölkə barədə düşüncələriniz necədir?
- Çox yaxşı təəssüratlarım var. Yaxşı mənada təəcübləndiyimi deyə bilərəm. Azarkeşlərimizin də səsi yaxşı idi, dəstək verirdilər. Onların hər zaman yanımızda olması əladır.

 

- "Qəbələ"dən təklif alan zaman ilk təəssüratın necə oldu?
- Açığı, nə ölkə, nə də klub haqda məlumatlı deyildim. Bakı şəhəri barəsində ilk təəssüratlm bir neçə həftə əvvəl yaranıb. Formula 1 üzrə Azərbaycan Qran Prisin izləyirdim və orada gördüyüm Bakı məni heyran etdi. Təklif gələndə Şimali İrlandiyadan olan həmkarlarımla danışdım. Onlar iyunun əvvəlində Azərbaycan yığmasına qarşı Bakıda oynamışdılar. Çox müsbət rəy verdilər və şəhəri bəyəndiklərini söylədilər. Baxmayaraq ki, burada cəmi iki gün keçirmişdilər. Bu səbəbdən də Azərbaycana gəlmək üçün maneə qalmadı. 

 

- Sizin üçün Bakıda oynamaqla Qəbələdə çıxış etmək arasında fərq var?
- Bu barədə fikir bildirə bilmərəm. Çünki Qəbələni görməmişəm. Hazırda paytaxtdayam və burada olmaqdan şadam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right