Ayxan Abbasov: "Cavab matçında daha yaxşı çıxış edəcəyik"

Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra”ya uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını bildirib: “Futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right