"Cavab oyununda bunun şahidi olacaqsız" Fariz Nəcəfov

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşıb.

Newsport.az saytının məlumatına görə, matçdan sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan razı qaldınızmı? Nəticəni necə dəyərləndirirsiniz?

- Nəticə rəqibə sərf edir. Əvvəlcədən də demişdim ki, komandamız tam hazır deyil. Ona görə də heç-heçə gözlənilən nəticədir. Yeni oyunçularımız tam hazır deyil. Hər şey cavab oyununda həll olunacaq.

- Yeni transferlərin oyunundan razı qaldız?

- Tam olmasa da, razı qaldım. Bir daha deyirəm, yeni futbolçular tam hazır deyil. Qarşıdakı oyunlardan sonra onlar haqda daha dolğun fikir bildirmək olar.

- Komanda hər il yenilənir və tamam fərqli oyunçular heyətə cəlb olunur. Necə düşünürsünüz, heyətini özəyini qorumaq və əlavə oyunçularla güclənmək doğru olmazmı?

- Bizim fərqimiz var. “Qarabağ” şəhərdədi, onlarda uyğunlaşma rahat gedir. Biz isə əyalət komandasıyıq. Futbolçular 1 ildən çox qalmaq istəmirlər. "Qarabağ"ın strategiyasını bilmirəm. Amma bizdə elə bir sistem yoxdur ki, futbolçular özlərini yaxşı göstərdikdən sonra maaşlarını artıraq. Kvekveskiri bu il bizdən əvvəlki maaşından 3 dəfə çox pul istədi. Onun istədiyi maaşı verə bilmədiyimiz üçün komandadan ayrıldı. Heç bir futbolçunu komandadan səbəbsiz göndərməmişik. Biz də daimi heyətimizin olmasını istəyirik. Belə olanda uğurda olur.

- Cavab oyunu haqda düşüncələrini necədir? Mərhələ keçmək olar?

- Biz hər zaman gücümüz çatanın maksimumunu etməyə çalışırıq. "Yaqelloniya"ni keçmək gücünə qadirik. Tam əminliklə deyirəm və cavab oyununda bunun şahidi olacaqsız.

- "Qəbələ" nə vaxta kimi avrokubok oyunlarını Bakıda keçirəcək?

- O vaxta kimi ki, büdcə normallaşacaq və klub öz stadionunu tikib bitirəcək.

- Avroliqadakı uğurlu çıxış həm də büdcəni zənginləşdirir. Mümkün uğursuzluq komandanın taleyinə təsir edə bilərmi?

- Xeyr. Komandanı bir turnirə görə qurmamışıq. "Qəbələ"nin bəlli strategiyası var. O xəttlə də davam edəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right