"Qəbələ” – "Yagelloniya” oyununa nə qədər bilet satılıb? Rəsmi açıqlama

Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər. Son iki mövsümdə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan və qrupa düşməyi bacaran "Qəbələ” bu dəfə yarışa nisbətən gec qoşulur. Yay fasiləsində 9 futboçu transfer edən "qırmızı-qaralar” Polşa komandası ilə görüşə yenilənmiş heyətlə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin newsport.az-a verilən məlumata görə, oyuna 5 mindən artıq bilet satılıb. Matç saatına qədər bu rəqəmin xeyli artacağı gözlənilir. Polşa klubunun isə 25 azarkeşi Bakıya gəlib.

Qeyd edək ki, 8-ci kilometr qəsə stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right