Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
Newsport.az-ın məlumatına görə, "Zirə” Rumıniyanın Curcu şəhərində "Astra”nın qonağı olacaq.
Avrokuboklarda ilk mövsümünü keçirən "Zirə” uğurlu bir başlanğıc edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Lüksemburq "Differdanj”nı hər iki matçda üstələyərək (2:0, 2:1), "Astra”ya rəqib olub.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
21:30. “Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan) - 3:1
Qollar:Aleksandru Yonita, 31 (1:0), Rəşad Sadiqov, 34 (1:1), Aleksandru Dandea, 55 (2:1), Le Tallek, 74
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Yevgeni Romanov
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
Curcu. Marin Anastasoviçi stadionu