"Qəbələ"dən bərabərlik YENİLƏNİB

Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər. 
 
Newsport.az-ın məlumatına görə, "Qəbələ” Bakıda Polşa təmsilçisi "Yagelloniya”nı qəbul edəcək.
 
Son iki mövsümdə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan və qrupa düşməyi bacaran "Qəbələ” bu dəfə yarışa nisbətən gec qoşulur. Yay fasiləsində 9 futboçu transfer edən "qırmızı-qaralar” Polşa komandası ilə görüşə yenilənmiş heyətlə çıxacaq. Bu mənada, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin necə təsir bağışlayacağı maraqla gözlənilir.
"Qəbələ”nin rəqibi isə I təsnifat mərhələsində özünü yaxşı tərəfdən göstərməyi bacarıb. "Yagelloniya” Gürcüstan "Dinamo”suna (Batumi) hər iki oyunda (1:0, 4:0) qalib gələrək, yoluna davam edib.
 
  
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
 
21:00. “Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) - 1:1
Qol: 
Romançuk, 15 (0:1), Jozef-Monroz, 47 (1:1)
Baş hakim: Marco Fritz
Baş hakimin köməkçiləri: Holger Gunter Henschel, Marcel Pelgrim
Dördüncü hakim: Guido Vinkmann (hamısı Almaniya)
Bakı. “Bakcell Arena”




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right