"İnter" "Fola"ya yeganə qolla qalib gəldi

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib. 

Newsport.az-ın məlumatına görə, günün yeganə qarşılaşması Bakıda oynanılıb. Bakının “İnter” klubu doğma azarkeşləri önündə Lüksemburq təmsilçisi “Fola”nı sınağa çəkib. Əvvəlki mərhələdə daha güclü “Mladost”u mübarizədən kənarlaşdıran Zaur Svanadzenin komandasının asanlıqla qələbə qazanacağı gözlənilsə də, bu, belə olmayıb. 

Belə ki, sabiq "bankirlər" yalnız son dəqiqələrdə vurduğu qolla qələbə qazanmağı bacarıblar - 1:0.

Tərəflər arasında cavab oyunu iyulun 20-də Lüksemburqda keçiriləcək.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

“İnter” – “Fola” - 1:0

Qol: Mirhüseyn Seyidov, 89

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right