Rəşad Sadıqovun durumuna aydınlıq gəldi

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yaxın günlərdə sıraya dönəcək.

Newsport.az saytının məlumatına görə, dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə ilk görüşündə diz qapağındakı problemə görə erkən əvəzlənən oyunçunun zədəsi çox ciddi deyil. Onun bir neçə gün sonra hazırlığa qoşulacağı gözlənilir. 

Qeyd edək ki, Sadıqov "Samtredia" ilə oyunun 31-c dəqiqəsində zədələnərək, yerini yeni transfer Yakub Jejniçaka vermişdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right