"Samtredia"nın futbolçusu hakimin qərarlarından narazıdı

"Bəli, "Qarabağ"ın güclü komanda olduğunu etiraf etməliyik. Amma bizim də oyunumuz alınmadı. Planlaşdırdığımız kimi oynasaydıq, hesab böyük olmazdı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Samtredia"nın futbolçusu Giorgi Mçedlişvili deyib. Gürcüstan klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Qarabağ"a məğlub olub - 5:0. "Adjarasport"a açıqlama verən futbolçu matç haqda fikirlərini bildirib.

O, matçın hakimi Mete Kalkavanın ədalətli qərarlar vermədiyini deyib: "Matçın ilk 10 dəqiqəsində hakim 3 futbolçumuzu sarı vərəqə ilə cəzalandırdı. Bu, çox şeydən xəbər verir. Kalkavan 10-cu dəqiqədə qapımıza penalti təyin etdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər kəs gördü ki, hakim oyunu yaxşı idarə etmədi".

Mçedlişvili cavab oyunu haqda da danışıb: "Cavab oyunu haqda nə deyə bilərəm? Çətin olacaq. 5 qolluq fərqi aradan qaldırmaq inandırıcı deyil. Amma komandamızın adı, özümüz üçün sonadək mübarizə aparacağıq". 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də Tbilisidə keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right