"İnter" "Fola" ilə matçlar üçün 17 futbolçu sifariş verdi

Avropa Liqasının II təsnifat mərhələsində "Fola" ilə qarşılaşacaq Bakının "İnter" klubunun bu görüşlər üçün sifariş etdiyi oyunçular bəlli olub.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze bu mərhələ üçün 17 futbolçunun adını siyahıya daxil edib. 

Qapıçılar: 1. Səlahət Ağayev, 13. Orxan Sadıqlı;

Müdafiəçilər: 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 3. Denis Silva Kruz, 2. Sərtan Taşkın, 65. Cabir Əmirli;

Yarımmüdafiəçilər: 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev;

Hücumçular: 9. Pərdis Fərcad Azad, 11. Raud Əliyev.  

Qeyd edək ki, komandalar arasındakı ilk görüş sabah "Dalğa Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right