"Qəbələ" və "İnter"in oyunu canlı yayımlanacaq

"Qəbələ" və Bakı "İnter"inin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunları canlı yayımlanacaq.

Newsport.az-ın məlumatına görə, "İnter" - "Fola" (Lüksemburq) görüşü "CBC Sport", "Qəbələ" - "Yagelloniya" (Polşa) matçı isə "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Hər iki oyun sözügedən telekanalların proqramına daxil edilib.

Qeyd edək ki, "İnter" - "Fola" görüşü sabah saat 20:00-da, "Qəbələ" - "Yagelloniya" matçı isə iyulun 13-ü, saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right