"Zirə" Rumıniyada məşqə çıxdı

“Differdanj”la oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gedib.

Newsport.az saytının məlumatına görə,  Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq Ayxan Abbasovun komandası Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.


Bu gün orada  məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.

 



 



















Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right