"İnter" - "Fola" matçı iki manata

Avropa Liqasınn 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də “İnter” öz meydanında “Fola”nı qəbul edəcək.

Newsport.az saytının məlumatına görə, bu gün günortadan sonra artıq luksemburqlularla görüşün biletləri satışa çıxarılacaq. Biletlər “İnter Arena” və “Dalğa Arena”da satılacaq. Qiymətlər isə bütün sektorlar üzrə 2 AZN olacaq. 

Qeyd edək ki, sözügedən matç iyulun 12-də, saat 20:00-da “Dalğa Arena”da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right