"Astra"nın baş məşqçisi: "Mərhələ keçməyə qadir komandamız var"

"Zirə" ilə oyuna çox vaxtımız qalmayıb. Keçirdiyimiz yoxlama oyunundan maksimum yararlanmağa çalışdıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Zirə"nin rəqibi olan Rumıniyanın "Astra" klubunun baş məşqçisi Edvard Yordanesku deyib. 

Komanda yoxlama oyununda “Snaqov”a 8:0 hesabı ilə qalib gəlib. Matç haqda fikirlərini açıqlayan mütəxəssis təmsilçimizlə görüşdən öncə qazanılan qələbənin əhəmiyyətini vurğulayıb: "Avropa Liqası oyunu öncəsi yoxlama oyunu keçirmək vacib idi. Bu oyunda komandada çox müsbət məqamlar gördüm. Baxmayaraq ki, bu heyəti cəmi 3 həftəyə formalaşdırmışıq. Bu komandaya böyük inamım var". 

Mütəxəssis "Zirə" ilə qarşılaşmalarda azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu deyib: “Zirə” ilə matçda stadiona çox sayda azarkeşin gələcəyinə ümid edirəm. Çünki futbolçular belə qarşılaşmalarda dəstək hiss etməlidi. Əminəm ki, mərhələ keçməyə qadir komandamız var",

Qeyd edək ki, “Astra” və “Zirə” arasında ilk oyun iyulun 13-də Rumıniyada keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right