Klublarımızın cavab oyunlarının vaxtı açıqlandı

Avropa Liqasında ölkəmizi təmsil edən "İnter", "Qəbələ" və "Zirə"nin  II təsnifat mərhələsində cavab oyunlarının başlama saatı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, iyulun 20-də keçiriləcək qarşılaşmalar müxtəlif saatlarda başlayacaq.

Lüksemburqda keçiriləcək “Fola” – “İnter” oyunu Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. 

“Qəbələ”nin Polşada “Yagelloniya” ilə oyunu Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Bakıda “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Astra” (Rumıniya) oyununun start fiti isə saat 21:00-da veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right